Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO - VİDEO

Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 aprel 2015 23:06 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb.

Şamxalov Şamxal Nizami oğlu "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun qarşı hərəkət zolağının kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb. "Hyundai" isə arxada dayanmış "Toyota"ya dəyib. Qəza nəticəsində "Opel"in sürücüsü Şamxal Şamxalovun başı maşının alın şüşəsinə dəyib, o, başından və qolundan xəsarət alıb.

Hadisə yerinə gələn yol polisi əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, qəzaya "Opel"lə eyni istiqamətdə hərəkətdə olan "Lexus" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki, "Lexus"un sürücüsü sağdan sola qəfil dönmə əməliyyatı edib. "Lexus"un sol tərəfində hərəkətdə olan "Opel"in sürücüsü isə qəzadan yayınmağa çalışıb və qarşı hərəkət zolağına çıxıb. Lakin sürücü Şamxal Şamxalov idarəetməni itirdiyindən, avtomobil yol kənarında dayanmış maşına çırpılıb. Qəza baş verdiyini görən "Lexus"un sürücüsü maşınını saxlayaraq, hadisə yerindən piyada uzaqlaşıb.

Yol polisi əməkdaşları qəzaya səbəb olduğu bildirilən "Lexus"un sürücüsünü tapmağa çalışır. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR