CAR-da məktəb avtobusu qəzaya düşüb, 100-dək adam yaralanıb

CAR-da məktəb avtobusu qəzaya düşüb, 100-dək adam yaralanıb
# 13 aprel 2013 19:50 (UTC +04:00)

Bakı-APA. Cənubi Afrika Respublikasının şimal-şərqində biri məktəb avtobusu olmaqla iki avtobus toqquşub, nəticədə ən azı 1 nəfər ölüb, 100-dək sərnişin yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SAPA agentliyi məlumat yayıb.

Qəza Məlumata görə, qəza Limpopo çayının vadisində, Oriqştad şəhərinin yaxınlığında baş verib. İlkin məlumata görə, iki avtobus qarşı-qarşıya toqquşduqdan sonra, onlardan biri yolun kənarına düşüb.

Hadisə yerində həkimlər və xilasedicilər çalışır, ağır yaralıların daşınması üçün helikopterlər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR