Elmar Məmmədyarov Slovakiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Slovakiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 26 avqust 2014 14:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdə akkreditə olunmuş səfiri Jozef Miqası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov J. Miqasa gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub, müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR