ABŞ Suriyada İŞİD-ə qarşı vuruşan koalisiyaya aviazərbə endirdiyi təsdiqləyib

ABŞ Suriyada İŞİD-ə qarşı vuruşan koalisiyaya aviazərbə endirdiyi təsdiqləyib
# 11 iyun 2016 09:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD terror qruplaşmasına ə qarşı vuruşan koalisiyaya aviazərbə endirməsi faktını təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə "Wall Street Journal" ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, Pentaqon hazırda hadisəni araşdırır.

Nəşr yazır ki, insident mayın sonlarında Suriyanın əl-Maara yaşayış məntəqəsi yaxınlığında baş verib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsinin qəzetə verdiyi məlumata əsasən, İŞİD-ə qarşı vuruşan "Mutasim Brigade" adlı dəstə aviazərbərlərdən birinə məruz qalıb: "Biz İŞİD-lə mübarizə aparaq qüvvələrə dəstəyimizi davam etdirəcəyik və bizim əməliyyatların gələcəkdə effektivliyini artırmaq üçün insidentin araşdırılmasının nəticəsindən çıxardığımız dərsi praktikada tətbiq etməyə hazırıq".

Qəzetin yazdığına görə, bu, ABŞ Silahlı Qüvvələr Komandanlığının Suriyada İŞİD üzvü olmayan qüvvələrə zərbə endirməsi ilə bağlı ilk etirafıdır.

Daha əvvəl xəsarət alan briqada açıqlamasında ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində 10 döyüşçünün həlak olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR