I Avropa Oyunlarında cüdo yarışları davam edir

I Avropa Oyunlarında cüdo yarışları davam edir
# 25 iyun 2015 13:59 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Orxan Səfərov 1/8 finalda Arif Bağırovu (Belarus) sınağa çəkib. Görüş təmsilçimizin qləbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirib. Rəqibinə vazari və yuko xalları ilə qalib gələn Səfərov yarımfinalda ispaniyalı Fransisko Qarriqosla görüşəcək.

Eyni çəkidə təmsilçimiz İlqar Müşkiyev isə israilli ispaniyalı Fransisko Qarriqosla üz-üzə gəlib və məğlub olaraq, mübarizəni dayandırıb.

66 kq çəkidə millimizin liderlərindən Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla güləşib və rəqibini 141 saniyəyə ippona salıb. Həmyerlimiz 1/8 finalda italiyalı Elio Verde ilə mübarizə aparıb. O, bu döyüşü də aktivinə yazmaqda çətinlik çəkməyib. Nicat bu dəfə 142 saniyəyə mərhələ adlayıb. 1/4 finalda portuqaliyalı Serjiu Oleyniklə qarşılaşan Şıxəlizadə məğlubiyyətlə üzləşib. Bu dəfə o özü ippona düşüb.

Tərlan Kərimov isə startda rusiyalı Mixail Pulyayevlə qarşılaşıb və uduzub.

Qadınlar arasında 48 kq çəki dərəcəsində Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Snikə məğlub olub.

Digər idmançımız Aişə Qurbanlı isə 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşıb və uduzub.

52 kq çəkidə Səkinə Zairova israilli Roni Şvartsa məğlub olub.

57 kq çəki dərəcəsində Kifayət Qasımova da yarışa 1/16 finalda məğlubiyyətlə üzləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR