İŞİD ABŞ-da gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD ABŞ-da gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 12 iyun 2016 20:48 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması ABŞ-ın Orlando şəhərində gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 50 nəfərin öldüyü, 53 nəfərin yaralandığı təsdiqlənib.


Xüsusi bəyanatla çıxış edən Barak Obama Orlandoda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb. Buna baxmayaraq o, cinayətin motivlərinin hələlik məlum olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR