Təhsil Nazirliyinin “Qaynar xətt”inə 100 minə yaxın zəng daxil olub

Təhsil Nazirliyinin “Qaynar xətt”inə 100 minə yaxın zəng daxil olub
# 13 iyun 2016 13:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2015-2016-cı tədris ili ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 11 352 müraciət, müxtəlif qurumlardan 6 072 məktub və 11 096 elektron müraciət daxil olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 15.09.2015-06.06.2016 tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti-146) 99 981 zəng daxil olub. Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində 20 282 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 4 365 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Həmçinin, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 762 müraciət daxil olub və onlara müvafiq cavablar verilib.

Təhsil naziri Mikayıl Cabbarov 2015-2016-cı tədris ili ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 300-ə yaxın vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR