Azərbaycanda rezidentura səviyyəsində təhsil almaq üçün 1280 nəfər ərizə verib

Azərbaycanda rezidentura səviyyəsində təhsil almaq üçün 1280 nəfər ərizə verib
# 24 fevral 2015 09:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda rezidentura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün aparılan ərizə qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, rezidentura səviyyəsinə ərizələrin qəbulu fevralın 23-də saat 17:00-da başa çatıb. İmtahanda iştirak etmək üçün 1280 şəxs ərizə təqdim edib. Onlardan 1085 nəfər Azərbaycan, 195 nəfər rus bölməsinin məzunudur.

İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR