Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi artıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi artıb
# 07 sentyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin avqust ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 65,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,25% və ya 1,5 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iyun ayı ilə müqayisədə iyul ayında Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 8,7 mln. manat və ya 15,4% artıb.

İyul ayında dövlət büdcəsindən AİF-ə 5,3 mln. manatlıq vəsait ayrılıb.

Bu ilin yanvar-iyul aylarında AİF 48,9 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

İyun ayında olduğu kimi iyulda da fondun 10 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin avqustun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 697,8 manat, orta müddəti 279,7 ay, orta faiz dərəcəsi 6,72%, aylıq ödəniş isə 297,5 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 944 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,7 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR