Polşada seçkiqabağı “sükut günü” başlayıb

Polşada seçkiqabağı “sükut günü” başlayıb
# 08 may 2015 23:36 (UTC +04:00)

Bakı – APA. Polşada prezident seçkiləri ilə əlaqədar “sükut günü” başlayıb, namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərdə 11 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq.

Sorğulara əsasən, seçkilərdə qalib gəlməyə əsas namizədlər ölkənin hazırkı prezidenti Bronislav Komorovski və “Qanun və ədalət” partiyasının lideri Ancey Dudadır.

Seçkilərdə namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, mayın 24-də səsvermənin ikinci turu baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR