Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 09 iyul 2015 08:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Dövlət Qulluğu sahəsində Regional Xabın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov açıb. O, çıxışında bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində əksər neqativ halların qarşısı alınıb: “Dövlət qulluğu sahəsində artıq şəffaflığı təmin edə bilmişik. Biz eyni zamanda, 2014-cü ildən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparırıq. Baxmayaraq ki, burada müəyyən problemlər var. Belə görüşlər həm bizim üçün, həm də bizim qonaqlar üçün çox faydalı olacaq. Bu konfransda bizim yeni qonaqlarımız var. Konfransın təşkilində göstərdiyi dəstəyə görə Avropa İttifaqına öz təşəkkürümü bildirirəm”.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə BMT-nin birgə inkişaf layihəsi üzrə əməkdaşlığın 2006-cı ildən davam etdiyini söyləyib: “Bu əməkdaşlıq davam etməlidir. Avropa İttifaqının iki illik layihəsi əsasında Azərbaycanda dövlət qulluqçularının təkmilləşdirilməsi işi davam etdiriləcək”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Sektorunun rəhbəri Jeroen Villems qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr səmərəli şəkildə davam etdirilir: “Bu mənada Avropa İttifaqı öz qonşuluq siyasətini yeniləməkdədir. Bu yeni siyasət hazırda formalaşmaqdadır. Ölkələrin qarşılıqlı maraqlarında olan sahələrə diqqət artırılmalıdır. Azərbaycanla münasibətlərə fərqli yanaşma əlaqələrin inkişafına təsir göstərəcək. Keçən il biz viza ilə bağlı saziş imzalamışıq. Biz hazırda strateji tərəfdaşlıq barədə sazişi nəzərdən keçiririk. Biz bu qurumların potensialının artırılmasına diqqət ayırırıq. Dövlət qulluğundan insan resurslarının artırılması çox önəmlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə sıx əməkdaşlıq edirik. Biz təlim mərkəzinin yaradılmasına şərait yaratmışıq. Komissiya artıq beynəlxalq qurumlarla uğurlu əlaqələr qurub ki, bugünkü tədbir bunun bariz nümunəsidir. Avropa İttifaqında Ümumi Daxili Məhsul və iş yerlərinin 50 faizi dövlət qulluğu sahəsi ilə bağlıdır”.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel I Avropa Oyunların uğurlu təşkilatçılığına görə Azərbaycan təbrik edib: “Bizim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə bağlı qanunvericilik sahəsində bizim möhtəşəm əməkdaşlığımız olub. Bu böyük bir çağırışdır. Konfransda çox saylı dövlət qulluqçuları iştirak edir. Müsbət hədəfləri tapmağa çalışmalıyıq”.

Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu üzrə Komissiya tərəfindən həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində keçirilir.

Konfrans öz işini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR