Bakıda 86 yaşlı kişi evində yanaraq ölüb

Bakıda 86 yaşlı kişi evində yanaraq ölüb
# 05 aprel 2015 11:26 (UTC +04:00)

Bakı - APA. Bakının Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstantinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR