Mingəçevirdə xəstəxanaya xəstə aparan təcili yardım maşını qəzaya düşüb, iki nəfər xəsarət alıb - VİDEO

Mingəçevirdə xəstəxanaya xəstə aparan təcili yardım maşını qəzaya düşüb, iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 11 iyul 2015 09:41 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində xəstəxanaya xəstə aparan təcili yardım avtomobili qəzaya düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.

Mingəçevir şəhər sakini Əlfi Şükürovun idarə etdiyi, Mingəçevir şəhər Təcili Tibbi Yardım stansiyasına məxsus 90-JX-689 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qarşı tərəfdən gələn 99-AM-835 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan xəstə, 1979-cu il təvəllüdlü Paşayeva Nadirə Fadil qızı və onun yanındakı qohumu, 1960-cı il təvəllüdlü Kərimov Mahir Alməmməd oğlu xəsarət alıb.

Qeyd edək ki, xəstəxanaya aparılan Nadirə Paşayeva sulfat turşusu içərək zəhərləndiyi üçün xəstəxanaya aparılırmış.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR