BDU-da soyqırım qurbanları anılıb

BDU-da soyqırım qurbanları anılıb
# 31 mart 2015 11:57 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb.

1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Onun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.

Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq, bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildirib.

Tədbirdə həmçinin tələbələrin çıxışları dinlənilib.

Qeyd edək ki, bu gün eyni zamanda BDU-nun jurnalistika fakültəsinin bir qrup tələbə və müəllimləri “Dəvəli” ASC-nin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksində olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR