Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 434 nəfərə çatıb

Çində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 434 nəfərə çatıb
# 08 iyun 2015 07:16 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 14 nəfər xilas edilib, 8 nəfər isə itkin düşüb.

Qeyd edək ki, hadisə iyunun 1-də qeydə alınıb. Nankin şəhərindən Çuntsinə gedən gəminin göyərtəsində ümumilikdə 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib. Qəza qurbanlarından ən kiçiyinin 3 yaşlı qız, ən yaşlısının isə 80 yaşlı kişi olduğu bildirilir.

İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR