ATƏT PA prezidenti Azərbaycanda parlament seçkilərinə müşahidəçi göndərməyəcəklərini açıqlayıb

ATƏT PA prezidenti Azərbaycanda parlament seçkilərinə müşahidəçi göndərməyəcəklərini açıqlayıb
# 23 sentyabr 2015 11:48 (UTC +04:00)

ATƏT PA-dan APA-ya verilən məlumata görə, İ. Kanerva ATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, bu qararı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.

O bildirib ki, Azərbaycan ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-nin müşahidə missiyasının sayının məhdudlaşdırılmasını istəyib: “Bu səbəbdən bu qurum Azərbaycana göndərməyi planlaşdırdığı müşahidə missiyasını ləğv etməyə məcbur olub. Mən hesab edirəm ki, bizim yaxın tərəfdaşımız DTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də Azərbaycanda seçkiləri müşahidə etməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR