Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Sentyabr - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2015 17:19 (UTC +04:00)

Vəhşilik zəifliyin təzahürüdür. Təbiətdə bütün canlılar zəiflədikcə, aqressiv olurlar. İŞİD-in barbarlıq aktlarını artırması, üstəlik, bu vəhşiliyi açıq-aşkar nümayiş etdirməsi də terror təşkilatının zəifləməsinin əlamətidir.

Feodal qanunları ilə yaşayan terrorçuların reaksiyaları da orta əsrlərə xasdır. Nüfuzunu itirməkdə olan feodallar təbəələrini öz ətrafında sıx birləşdirmək üçün nümayişkaranə cəza üsullarından sıx yararlanıblar. İŞİD də analoji problemlə üzləşib. Terror təşkilatı daxilində mərkəzdənqaçma meylləri artır, İŞİD-ə qarşı əməliyyatlar intensiv və koordinasiya olunmuş xarakter alır, bölgədə bir-birinə rəqib olan qüvvələr belə İŞİD faktorunu aradan qaldırmağın zəruriliyini anlayırlar. Nəticə göz qabağındadır, İŞİD-in nəzarətində olan ərazilərin dairəsi daralır, bu isə paralel olaraq təşkilata qoşulmaq istəyənlərin sayını azaltmış olur.

Digər tərəfdən, həmin ərazilərdə İŞİD-ə biət qanunu əvvəlki effekti vermir. Və terrorçular zəifliklərini ört-basdır etmək üçün yenə edam kadrlarından istifadə edirlər. İŞİD-in gücünü bu təbliğata görə müəyyənləşdirmək olar - terror təşkilatı zəifləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR