Bank Of Baku

Türkiyədə məktəbin yaxınlığındakı silahlı hücumda 1 şagird ölüb, daha 11 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə məktəbin yaxınlığındakı silahlı hücumda 1 şagird ölüb, daha 11 nəfər yaralanıb - YENİLƏNİB
# 22 sentyabr 2026 12:58 (UTC +04:00)

Türkiyənin Manisa vilayətində silahlı insidentdə xəsarət alanların sayı 11-ə çatıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, silahlı hücumu törədən şəxsin valideynləri və babası saxlanılıb.

***

11:20

Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında baş verən silahlı insidentdə xəsarət alan şagirdlərin sayı 10-a çatıb.

APA xəbər verir ki, hadisə nəticəsində bir şagird ölüb.

Yerli media hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirir.

***

10:16

Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında silahlı insident baş verib.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 şagirdin yaralandığı bildirilib.

“Hazırda əməkdaşlarımız hadisə ilə bağlı araşdırmaları davam etdirir. İctimaiyyətə hadisənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək”, - valiliyin açıqlamasında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR