Balaxanı yolu təmir edilir

Balaxanı yolu təmir edilir
# 23 iyun 2015 12:15 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.

Sözü gedən yolun orta təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Balaxanı yolunda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR