Rusiyalı beşqat dünya çempionu Marqarita Mamun: "Azərbaycanda hər zaman dostluq ab-havası hökm sürür"

Rusiyalı beşqat dünya çempionu Marqarita Mamun: "Azərbaycanda hər zaman dostluq ab-havası hökm sürür"
# 05 iyun 2015 01:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Azərbaycanda bizi hər zaman isti qarşılayıblar və çox yaxşı dəstəkləyiblər". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Olimpiya Komitəsində keçirilən bədii gimnastika üzrə Rusiya yığma komandasının I Avropa Oyunlarında iştirakına dair mətbuat konfransında beşqat dünya çempionu Marqarita Mamun deyib.

O, 2014-cü ildə Azərbaycan paytaxtında keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak etdiyini söyləyib: "Bizi Azərbaycanda hər zaman yaxşı qarşılayırlar. Mən bunun ötən il Avropa çempionatı keçirilən vaxt şahidi oldum. Mənə elə gəlir ki, azərbaycanlı azarkeşlər bizi də öz gimnastları kimi qarşıladılar. Bu ölkədə hər zaman dostluq ab-havası hökm sürür. Ümid edirəm ki, bu, Avropa oyunlarında bizim komandaya kömək edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR