İrəvanda əkiz qardaşlar özlərini yandırmağa cəhd ediblər

İrəvanda əkiz qardaşlar özlərini yandırmağa cəhd ediblər
# 18 sentyabr 2015 15:28 (UTC +04:00)

Bakı - APA. İrəvanın Şenqavit inzibati rayonunda 38 yaşlı əkiz qardaşlar üzərilərinə benzin tökərək özlərini yandırmağa cəhd ediblər.

APA-nın “news.am” saytına verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətindən məlumat verilib.


Məlumatda bildirilir ki, özünəqəsdlə bağlı xəbərdarlıq 17 sentyabr, 14:40-da əldə edilib. Qardaşlardan biri zəng edərək ailədə mübahisə baş verdiyini, özünü və qardaşını üzərinə benzin tökərək yandırmaq istədiyini bildirib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR