Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib

Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
# 24 noyabr 2014 15:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR