Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
# 28 avqust 2015 09:33 (UTC +04:00)

Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 65-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı avqustun 28-dən sentyabrın 26-dək Komissiyaya təqdim etməlidirlər.

Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Qurumdan bildiriblər ki, avqustun 6-dan Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Bu günə kimi müsabiqədə iştirak etmək üçün 578 nəfər Komissiyada qeydiyyatdan keçib. Müsabiqə üzrə qeydiyyat sentyabrın 4-də başa çatacaq.

Komissiya avqustun 14-də 55 dövlət orqanında inzibati vəzifələrin beşinci yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Bu günə kimi müsabiqədə iştirak etmək üçün 2458 nəfər Komissiyada qeydiyyatdan keçib. Müsabiqə üzrə qeydiyyat sentyabrın 14-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR