Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunub

Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunub
# 18 avqust 2015 13:16 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyasının təşkilatçılığı ilə (UİAA) Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, marşrut qurma və bələdçilik üzrə təşkil olunan Beynəlxalq Gənclər Düşərgəsi Qusarın Ləzə kəndində qurulub. İdman qayaya dırmanması sahəsində müəyyən təcrübəsi olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək. Eyni zamanda iştirakçılar Azərbaycanın təbiət gözəllikləri, ölkənin dağçılıq turizminin inkişafı perspektivləri və mövcud potensialı ilə yerində, əyani tanış olmaq imkanı qazanacaq. Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə, Dağıstan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR