"AzSığorta" Şəkidə baş verən zəlzələ nəticəsində daxil olan müraciətlərin ekspertizasını bitirib

"AzSığorta" Şəkidə baş verən zəlzələ nəticəsində daxil olan müraciətlərin ekspertizasını bitirib
# 18 sentyabr 2015 06:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birlikdə yaradılan "AzSığorta" şirkətinin operativ qərargahı Şəki rayonunda baş verən zəlzələ nəticəsində daxil olan müraciətlərin ekspertizasını bitirib.

"AzSığorta"dan "APA-Economics"ə verilən məlumata görə, ekspertizalar operativ qruplar tərəfindən keçirilib. Hər qrup "AzSığorta"nın qəza eksperti, FHN-nin nümayəndəsi və müstəqil qiymətləndirmə şirkətinin mütəxəssisindən ibarət idi.

"Bu günədək 70 müraciət daxil olub ki, onlardan 27-si artıq sığorta hadisəsi statusunu alıb. 5 müraciətə isə hələ ki baxılır. Müraciətlərin qəbulu davam edir. İlkin ehtimallara baxmayaraq, zəlzələ ciddi fəsadlar törətməyib. Belə ki, sığortalılar tərəfindən iddia edilən orta zərər 3000 manat təşkil edir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sentyabrın 4-də Şəkidən 29 km aralıda 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda da hiss edilib.

Həmin gün "AzSığorta" şirkəti FHN-lə birlikdə zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR