Odessada terror aktı törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb

Odessada terror aktı törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb
# 16 mart 2015 17:34 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müşaviri Markiyan Lubkivskiy bildirib.

“Partlayış törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Onların hamısı Ukrayna vətəndaşlarıdır. “Terror aktı" maddəsi üzrə cinayət işi qaldırılıb. ”, deyə M. Lubkivskiy bildirib.

Xatırladaq ki, martın 12-də Odessada “Samopomoş” partiyasının qərargahının yerləşdiyi binada partlayış baş vermişdi. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR