İsrail ordusunun Qəzzada məscid və evə endirdiyi zərbə nəticəsində 15 fələstinli həlak olub

İsrail ordusunun Qəzzada məscid və evə endirdiyi zərbə nəticəsində 15 fələstinli həlak olub
# 12 iyul 2014 23:45 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl Kidra bildirib.

Onun sözlərinə görə, hava zərbəsinə məruz qalmış ev Fələstinin “İslam Cihadı” təşkilatı ilə əlaqəli olan əl Bac nəslinə məxsus olub.

“Hadisə yerinə cəlb olunan təcili yardım həkimləri aralarında qadınlar və uşaqlar da olmaqla 15 meyit aşkarlayıb”, deyə əl Kidra yerli telekanalın efirində bildirib.

İsrail ordusunun 5 gündür davam edən əməliyyatı zamanı artıq 150 fələstinli həlak olub, 1000-dən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR