Oğuzda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir

Oğuzda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir
# 25 avqust 2015 10:44 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin inzibati binasında təşkil olunan kurslarda MSK-nın nümayəndəsi Qabil Orucov, 117 saylı Oğuz-Qəbələ DSK-nın üzvləri və dairənin əhatə etdiyi bütün məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Təlim kurslarında MSK üzvü Qabil Orucov çıxış edərək iştirakçılara qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçici siyahılarının təkmilləşdirilməsi, toplanan imzaların dəqiq yoxlanılması, səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması və digər prosedurlarla bağlı məlumat verilib.

Kurslarda həmçinin seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə strukturlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin təşkili, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri barədə məlumat verilib.

Ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamına uyğun olaraq, təşkil edilən kurslar üç gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR