Gürcüstanın dövlət naziri: “İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər”

Gürcüstanın dövlət naziri: “İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər”
# 16 sentyabr 2015 10:48 (UTC +04:00)

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili deyib.

“Milli azlıqlar olan gənclərə dövlət dilini öyrətmək sahəsində vəzifəm odur ki, 1+4 proqramını həyata keçirməkdə bütün imkanlardan istifadə edərək onlara kömək edim. Biz öz vətəndaşlarımız olan gənclərə əlavə stimul verməliyik ki, onlar ali məktəblərə qəbul ola bilsinlər. Keçən 5-6 il ilə müqayisədə görmək olar ki, bu istiqamətdə dinamik yüksəliş var. Bizim üçün çox vacibdir ki, milli azlıqlar öz milli köklərindən ayrılmasınlar. İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər. Onlar hər yerdə öz dillərində azad danışmalıdır", - deyə o vurğulayıb.

Dövlət naziri bildirib ki, milli azlıqların dilində qəzetlər, radio və televiziya olmalıdır: “Çünki insan biləndə ki, onun dili qorunur, həmin şəxsdə dövlət dilini də öyrənməyə istək yaranır. Biz bu iki məsələni - milli azlıqların dilinin və mədəniyyətinin saxlanılmasını ilə yanaşı dövlət dilinin öyrədilməsini vacib sayırıq. Fikrimcə, biz düzgün yoldayıq. Mənə görə dövlət dilinin öyrədilməsi daha da intensivləşdirilməlidir, çünki bu dövlət məsələsidir. Dili öyrətmək üçün isə daha çox kadrlar yetişdirib bölgələrə göndərmək və gəncliyin daha çox Gürcüstan cəmiyyətinə inteqrasiyasını sürətləndirmək lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR