Angela Merkel: “Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir”

Angela Merkel: “Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir”
# 15 noyabr 2014 10:49 (UTC +04:00)

Bakı - APA. Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitində çıxışı zamanı bildirib.

“Avropa İttifaqı Rusiyanın maliyyə sektoruna aid yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Hazırkı vəziyyət bizi qane etmir. Sanksiyaların tətbiq olunacağı şəxslərin siyahısı üzərində işlər gedir”, - deyə A. Merkel qeyd edib.

Qeyd edək ki, bu gün ərzində A. Merkelin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Görüz zamanı Ukrayna böhranı və digər məsələlərin müzakirə olunacağı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR