Hacıqabulda "Maz" markalı yük maşını yanıb

Hacıqabulda  "Maz" markalı yük maşını yanıb
# 18 noyabr 2014 18:49 (UTC +04:00)

Bakı-APA. Hacıqabulda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Atbulaq kəndində vətəndaşa məxsus "Maz" markalı yük avtomobilində baş verib. Nəticədə, avtomobilin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR