“Çartis Azərbaycan” sığorta şirkəti aktivlərini azaldıb

“Çartis Azərbaycan” sığorta şirkəti aktivlərini azaldıb
# 13 aprel 2015 08:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Çartis Azərbaycan” ASC ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin dərc etdiyi hesabata əsasən xəbər verir ki, “Çartis Azərbaycan”ın məcmu aktivləri 2013-cü il ilə müqayisədə 10,76% azalaraq 7 mln. 718 min 289 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 43,72% azalaraq 1 mln. 218 min 259 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 6 mln. 786 min 500 manat, məcmu kapitalı isə 0,24% artaraq 6 mln. 500 min 030 manat təşkil edib.

2014-cü ili “Çartis Azərbaycan” 154 min 858 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR