Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9,4% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9,4% artıb
# 17 oktyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 15.5 milyard manatlıq və 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9,4% çox əmtəə satılıb.

APA-Economics”in məlumatına görə bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Hesabat dövründə əhali göstərilmiş xidmətlər müqabilində 4.8 mlrd. manat ödəyib. 2013-cü ilin yanvar-sentybr ayları ilə müqayisədə bu ilin eyni dövründə ərzaq məhsullarının satışı 3.2%, qeyri-ərzaq mallarının satışı 15.9%, pullu xidmətlərin həcmi isə 6.4% artıb.

2014-cü ilin yanvar-sentyabr aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 4 mln. 137 min manatlıq qeyri-ərzaq malları və 224,3 min manatlıq ərzaq məhsulları satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR