Bakıda 35 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib

Bakıda 35 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib
# 09 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Neftçala sakini Bakıda intihara cəhd edib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün Rəşid Behbudov küçəsi-26 ünvanında qeydə alınıb.

Neftçala rayon sakini, 1979-cu il təvəllüdlü Fizuli Yusif oğlu Əliyev ailə münaqişəsi zəminində üzərinə etil spirti tökərək intihara cəhd edib.

F.Əliyev aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR