Lənkəran sakininin evindən oğurluq olub

Lənkəran sakininin evindən oğurluq olub
# 06 sentyabr 2015 08:41 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kənd sakini, 1988-ci il təvəllüdlü Tahir Kamil oğlu Fərəcova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər evin qapısını sındıraraq mənzilə daxil olmaqla oradan 3000 min manat dəyərində qızıl-zinət əşyaları və pal-paltar oğurlayıblar. Hadisə barədə dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR