İraqda İŞİD sıralarında döyüşən Almaniya və Fransa vətəndaşları məhv edilib

İraqda İŞİD sıralarında döyüşən Almaniya və Fransa vətəndaşları məhv edilib
# 11 avqust 2015 19:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əs-Səmariyyə” telekanalına hərbi mənbələr məlumat verib.

Məlumata görə, İraq ordusunun İŞİD-in Ər Ramadi şəhərinin şərqindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 5 terrorçu ölüb. Fransa və Almaniyadan olan muzdlular isə Mosulun mərkəzində quraşdırılmış minaya düşərək ölüblər.

Qeyd edək ki, Anbar əyalətinin inzibati mərkəzi olan Ər Ramadi şəhəri bu ilin may ayından İŞİD silahlılarının nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR