Bakı Ali Neft Məktəbində "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilib - <span style="color: red;">FOTO
# 04 iyul 2014 08:12 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbi (BANM) Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də iki günlük "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilib.

BANM-dən APA-ya verilən məlumata görə, iki gün davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatlığın aradan qaldırılması və vaxtın idarə olunmasına kömək etmək olub.

Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı, Türkiyə Respublikasından dəvət olunmuş professorlar abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar verməsi ilə bağlı məsləhətlər veriblər.

Qarşıdan gələn qəbul imtahanlarında abituriyentlərə uğurlar arzu edən BANM-nin rektoru Elmar Qasımov bildirib ki, bu kimi layihələrin təşkil olunmasını təhsilin inkişafında uğurlu addımlardan biri kimi hesab edir. O qeyd edib ki, beynəlxalq təcrübədə imtahan öncəsi bu tip seminarların keçirilməsi abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edib. Bu baxımdan belə layihələrin tez-tez təşkil olunması istər abituriyentlər, istərsə də onların valideynləri üçün olduqca önəmli və vacibdir.

Tədbirdə çıxış edən Hədəf Kurslarının direktoru Şəmil Sadıq bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən gənclərin özlərini yüksək səviyyədə inkişaf etdirməsi üçün dövlət tərəfindən yüksək şəraitin yaradıldığını qeyd edib. Bildirib ki, öz gələcəyini və ölkəmizin gələcəyini düşünən hər bir gənc bu imkanlardan maksimum yaralanmalıdır. Daha sonra Ş.Sadıq hər bir abituriyentə ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.

Tədbirin sonunda ən fəal iştirakçılara BANM-nin, Sabancı Universitetinin və Hədəf Kurslarının hədiyyələri təqdim olunub. Layihənin ən fəal iştirakçısı Nigar Qasımova isə Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR