Putin: “Poroşenko mənimlə görüşdə “Donbas bizə lazım deyil” ifadəsini işlətməyib”

Putin: “Poroşenko mənimlə görüşdə “Donbas bizə lazım deyil” ifadəsini işlətməyib”
# 16 aprel 2015 12:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Rusiya telekanallarının canlı yayımında jurnalistin sualını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.

O, Ukrayna prezidenti Pyotr Poroşenkonun qapalı görüşdə “Donbas bizə lazım deyil” ifadəsini işlətmədiyini bildirib.

Ukraynanın hazırkı hökumətinin çoxlu səhvlər etdiyini deyən Putin rəsmi Kiyevin öz əlləri ilə Donbası Ukraynadan ayırdığını qeyd edib. “Bu səhvlərin nəticələri pis olacaq. Lakin bu, Ukrayna prezidenti və hökumətinin seçimidir”, - deyə o vurğulayıb.

Putin onu da qeyd edib ki, Ukraynadakı böhranın siyasi yolla həllinin alternativi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR