Bakı-Qazax magistralında iki avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax magistralında iki avtomobil toqquşub, xəsarət alan var
# 12 iyun 2016 20:18 (UTC +04:00)

Şəmkir. Azər Məmmdli – APA. Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən ərazisində qeydə alınıb. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Şəmkir rayon sakini, Əhliman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR