Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 02 noyabr 2015 09:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı rayon 30-cu və Nizami rayon 24-cü Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 31-də Hövsan qəsəbəsində Bakı şəhər sakini Ramil Valoşinini yumruqla vurub mobil telefonun soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1995-ci il təvəllüdlü Qadir Mirzəyev və 2000-ci il təvəllüdlü Elnur Süleymanov tutulub.

Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oktyabrın 30-da Moskva prospektində «İsuzi» markalı 61 saylı xətt avtobusunu idarə edən Bakı şəhər sakini İsmayıl Məmmədovun əlindən 19 manatı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Hicran Aydınov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR