Polşada NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb

Polşada NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb
# 07 iyun 2016 11:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Polşada bu ölkə Silahlı Qüvvələrinin və NATO-dan olan tərəfdaşların iştirakı ilə “Anakonda 2016” adlı irimiqyaslı hərbi təlimlərə start verilib.

APA-nın xəbərinə görə, Polşanın müdafiə naziri Antoni Maçereviç AFP agentliyinə açıqlamasında bildirib ki, təlimlərdə məqsəd alyansın şərq cinahının müdafiə imkanlarını yoxlamaqdır.

Təlimlərə 3000 ədəd tank və hərbi texnika, 105 təyyarə və helikopter, 12 gəmi və 31 min hərbi qulluqçu cəlb olunub. On gün davam edəcək təlimlərə Ukrayna və Gürcüstan hərbçiləri də dəvət edilib.

Təlimin konsepsiyasına uyğun olaraq, müttəfiqlər şərqdən gələn élan edilməmiş müharibə təhlükəsinin qarşısını almalı, hava hücumunu dəf etməli və kimyəvi, bioloji, nüvə hücumuna qarşı mübarizə aparmağa hazırlıqlı olmağı öyrənəcəklər.

Təlimlərin iyunun 17-də - NATO-nun Varşava sammitinin başlanmasına 3 həftə qalmış başa çatacağı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR