ARDNF: Apardığımız valyuta mübadiləsi Mərkəzi Bankın müəyyən etdiyi gündəlik məzənnələr əsasında baş tutur

ARDNF: Apardığımız valyuta mübadiləsi Mərkəzi Bankın müəyyən etdiyi gündəlik məzənnələr əsasında baş tutur
# 02 noyabr 2015 07:28 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bu barədə ARDNF-in açıqlamasında deyilir.

"Bildiyiniz kimi, ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında (USD) baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır. Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi tərəfindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir. Nəzərinizə çatdırmaq istərdik ki, bütün əməliyyatlar Azərbaycan Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur", - deyə açıqlamada qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR