İki nəfərin ölümü ilə nəticələnən qəzanı törətmiş sürücüyə hökm oxunub

İki nəfərin ölümü ilə nəticələnən qəzanı törətmiş sürücüyə hökm oxunub
# 10 aprel 2015 08:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Zaur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Z. Həmidov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 11-də Şamaxı rayonu ərazisində Səməndər Qarayevin idarə etdiyi "Qazel" markalı mikroavtobusla Z. Həmidovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri Gülnaz Bayramova və Murad Cixaidzi aldıqları xəsarətdən ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR