“İncirlik” hərbi bazasında əməliyyat keçirilib,  bir neçə hərbçi saxlanılıb

“İncirlik” hərbi bazasında əməliyyat keçirilib,  bir neçə hərbçi saxlanılıb
# 16 iyul 2016 20:51 (UTC +04:00)

Bakı-APA. Türkiyədəki “İncirlik” hərbi aviabazasında keçirilmiş əməliyyat zamanı çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinən bir neçə hərbçi saxlanılıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı bazanın fəaliyyəti dayandırılmayıb.

Mövlud Çavuşoğlu əlavə edib ki, əməliyyatdan sonra Türkiyə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birlikdə İŞİD-lə mübarizədə iştirakını davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR