Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, seçkinin mahiyyətindən , dövlət və cəmiyyət üçün əhəmiyyətindən danışan R. Cəbrayılov insan hüquqları içərisində seçki hüququnun uğrunda ən çox mübarizə aparılan hüquq olduğunu deyib.
Namizəd gənclərin gələcəyimizi müəyyən edən insanlar olduğunu diqqətə alaraq, ilk dəfə səs verəcək gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Seçkinin vacib məslə olduğunu bir daha vurğulayan namizəd, bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət edib.
İlk dəfə səs verəcək gənclər görüşdən razılıqlarını bildiriblər. Onlar gənclərə xüsusi diqqət və qayğının təcəssümü kimi təbliğat kampaniyası dövründə gənclərlə artıq 3-cü dəfə görüşən R. Cəbrayılova dəstək olacaqlarını bildiriblər.