Məşhur Hollivud aktyoru Harrison Ford ABŞ-da təyyarə qəzasında ciddi xəsarət alıb - FOTO

Məşhur Hollivud aktyoru Harrison Ford ABŞ-da təyyarə qəzasında ciddi xəsarət alıb - <span style="color: red;">FOTO
# 06 mart 2015 02:37 (UTC +04:00)

Bakı-APA. Məşhur Hollivud aktyoru Harrison Ford ABŞ-da kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ciddi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə TMZ nəşri məlumat yayıb.

Məlumata görə, 72 yaşlı aktyorun idarə etdiyi təyyarə Los Anceles şəhəri ətrafında qolf meydançasına çırpılıb. Jurnalistlər baş nahiyəsindən çoxlu sayda ciddi zədələr almış Fordun ağır vəziyyətdə xəstəxanaya aparıldığını bildiriblər.

Qəzaya uğrayan hava nəqliyyat vasitəsinin İkinci Dünya Müharibəsi dövründən qalmış Ryan PT-22 Recruit tipli təyyarə olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR