“Ayağa qalx, Ermənistan” hərəkatı: Elektrik enerjisi tarifləri endirilməsə, aksiyaları davam etdirəcəyik

“Ayağa qalx, Ermənistan” hərəkatı: Elektrik enerjisi tarifləri endirilməsə, aksiyaları davam etdirəcəyik
# 15 iyul 2015 14:34 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məktubda elektrik enerji tariflərinin artırılması qərarının ləğvi tələb olunur.

Məktubda bildirilir ki, əgər elektrik enerjisi tariflərinin artırılması haqqında qərar avqustun 1-dək ləğv olunmasa, fəallar mərhələni üç mərhələdə davam etdirəcəklər. Onlar habelə ölkənin böyük şəhərlərinin əsas küçələrini bağlamaq üçün plan hazırlayacaqlar.

Təşəbbüs qrupunun üzvü, “İrs” partiyasının mətbuat katibi David Sanasaryanın sözlərinə görə, onlar S. Sarkisyanı Ermənistan prezidenti kimi qəbul etmədiklərinə görə məktubu onun iqamətgahına deyil, məhz iqtidar partiyasının ofisinə təqdim ediblər.

“Ölkənin enerji sistemi talan edilib. Serj Sarkisyan bəyanatında etiraf edib ki, bu sistem dağılmaq ərəfəsindədir. Audit problemin həllinə kömək etməyəcək. Ona görə də cinayət işi açılmalıdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR