Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib
# 11 avqust 2015 13:44 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Körpələr evi-uşaq bağçasının ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb. Uşaqların əyləncəsi üçün müasir tipli əyləncə attraksionları quraşdırılıb, oyun meydançası yaradılıb. Binanın inşasına 2014-cü ilin sonunda başlanılıb.

Ümumi sahəsi 1500 kvadratmetr olan məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilib. Buradakı qrup otaqları balacaların zövqünə uyğun yaradılıb. Yeməkxanada uşaqların normal qidalanmaları üçün bütün imkanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR