İsveç NATO qoşunlarına ölkəyə daxil olmaq hüququ verib

İsveç NATO qoşunlarına ölkəyə daxil olmaq hüququ verib
# 28 avqust 2014 16:01 (UTC +04:00)

Bakı. Rüfət Əmədzadə - APA. İsveç hökuməti ölkə ərazisinə qoşun yeritmək üçün NATO-ya hüquq tanıyan sazişi təsdiqləyib.

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə İsveçin müdafiə naziri Karin Enstrem bildirib.

Onun sözlərinə görə, NATO ilə saziş Avropadakı təhlükəsizliyi gücləndirəcək: “İsveç başqa ölkə və təşkilatlarla əməkdaşlığa əhəmiyyət verir. NATO ilə sazişə yanaşmada siyasi bloklar arasında fikir birliyi var. Bu saziş kömək almaq və göstərmək imkanlarını artırmaq mənasına gəlir”.

Qeyd edək ki, nizamlama qüvvələri barədə saziş (NRF) NATO qoşunlarının krallıq ərazisinə dəvətsiz gəlməsinə icazə vermir və yalnız İsveç hökumətinin dəvəti olduqda, NATO qoşunları ölkəyə daxil ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR