Rəsul Cəfərovun məhkəməsində vəkilləri çıxış edib

Rəsul Cəfərovun məhkəməsində vəkilləri çıxış edib
# 14 aprel 2015 10:38 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərovun vəkili Əlibaba Rzayev müdafiə nitqi ilə çıxış edib.

Vəkil Rəsul Cəfərova bütün maddələr üzrə bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib. Digər vəkil Fariz Namazlı da eyni məzmunlu çıxış edib.

Proses sabah davam etdiriləcək.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR